Xəbər lenti

Barak Obama İlham Əliyevə məktub göndərdi
Ölkə13:24 04.06.2013

Barak Obama İlham Əliyevə məktub göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan prezidenti İlham Əliyev iyunun 4-də ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri Amos Hoksteyni qəbul edib.

APA-nın xəbərinə görə, görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Birləşmiş Ştatların prezidenti Barak Obamanın məktubunu dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev ABŞ Prezidenti Barak Obamanın məktubuna görə minnətdarlığını bildirib.

Söhbətdə XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının əhəmiyyəti vurğulanıb, Azərbaycan Respublikası ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərimizin perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qaynar.info