Xəbər lenti

Bakıda təcili yardım həkimləri səfərbər edildi
Ölkə07:29 27.05.2013

Bakıda təcili yardım həkimləri səfərbər edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda təcili yardım həkimləri gücləndirilmiş iş rejiminə keçib. 

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar stansiyanın həkimləri müəyyən nöqtələrdə növbə çəkir.

Bakıda tədbirin keçirildiyi 5 otelin qarşısında, eləcə də, “Buta Palace”, “Qobusta”, “Qala” qoruqlarında, Binəqədi rayonu ərazisindəki “Yanardağ” ərazisində təcili yardım həkiməri növbə çəkir. Bundan başqa, təcili yardım briqadası Heydər Əliyev adına Beynəlxaql Hava Limanında da növbə çəkir.

Qaynar.info