Xəbər lenti

İstirahət günü hava necə olacaq?
Ölkə07:51 25.05.2013

İstirahət günü hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstirahət günü Azərbaycanda isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, mayın 26-da Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz isə 25-29 dərəcə isti olacaq

Azərbaycanın rayonlarında əsasən gecə şimşək çaxacaq, yağış yağacaq.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə isə 32 dərəcə isti olacaq. Dağlarda gecə 7-12, gündüz 17-22, bəzi yer 25 dərəcə isti olacaq.

Mayın 27-28-də isə bakıda və Azərbaycanın bəzi ərazilərində yağışlı hava şəraiti hökm sürəcək.

Qaynar.info