Xəbər lenti

Milli Parkda yanğın
Ölkə17:00 25.05.2013

Milli Parkda yanğın

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir saatdan artıq davam edən yanğın nəticəsində parkın 3 hektar ərazisi yanıb

Bu gün saat 16:15 radələrində Azərbaycanın Şirvan Milli Parkı ərazisində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın zamanı güclü külək səbəbindən alov qısa müddət ərzində ətraf ərazilərə də yayılmağa başlayıb.

ETSN-in və Fövqəladə Hallar Nazirliyinin regional Yanğından Mühafizə əməkdaşlarının səyləri nəticəsində saat 17:30 radələrində yanğın lokallaşdırılıb və tam olaraq söndürülüb. Yanğın nəticəsində parkın 3 hektara yaxın ərazisində ot və kol örtüyünə ziyan dəyib.

Hazırda yanğının səbəblərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Qaynar.info