Xəbər lenti

Şimşək çaxacaq...
Ölkə09:32 25.05.2013

Şimşək çaxacaq...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yağışlı hava şəraiti geri qayıdır 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANPRESS-ə verilən məlumata görə, mayın 26-da  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info