Xəbər lenti

Bakıda yol polisi qəza törətdi
Ölkə14:15 22.05.2013

Bakıda yol polisi qəza törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 18:15 radələrində Bakının Binəqədi rayonu ərazisində avto qəza baş verib. 

10-YP–391 dövlət nömrə nişanlı yol polisi maşını 6-cı mikrorayon ərazisində idarəetməni itirərək uçaraq yoldan çıxıb. 

Şahidlərin musavat.com-a verdiyi məlumata görə, Zərifə Əliyeva parkından “Nəsimi metrosu” istiqamətinə sürətlə hərəkət edən YPX maşını yoldakı çuxura düşüb, bu zaman sükan arxasındakı polis idarəetməni itirib və nəticədə maşın əsas yoldan yardımçı yola yuvarlanıb. Nəticədə YPX maşını ciddi əzilib, ancaq tələfat və yaralanma olmayıb. 

Qaynar.info