
İranda həbsdə saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb. Bu barədə məlumatı ANS yayıb.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin İrana səfəri davam edir. Bu gün onun rəhbərlik etdiyi nümayəndə heyətin İranın ali dini lideri, Ayətullah Əli Xamneyi ilə görüşü nəzərdə tutulub.
Qaynar.info