Xəbər lenti

Hava necə olacaq?
Ölkə08:30 16.05.2013

Hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Havanın temperaturu gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 17-i və 18-də  Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, mülayim şimal-şərq küləyi əsəcək.

Azərbaycanın bölgələrində şimşək çaxacaq, arabir yağış yağacaq.Yağışın bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-23 dərəcə, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

Mayın 18-də Azərbaycanın bölgələrində əsasən gecə və axşam şimşək çaxacaq, yağış leysan xarakterli olacaq. Havanın temperaturu gecə 10-15, gündüz 19-24 dərəcə, dağlarda gecə 9-4, gündüz 11-16 dərəcə isti olacaq.

Qaynar.info