Azərbaycan prezidenti İlham Əliyev Müəllif Hüquqları Agentliyi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qaynar.info-nun məlumatına görə, İmanov Kamran Sultan oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Kərimov Fuad Hüsü oğlu “Tərəqqi” medalı ilə, Bədəlbəyli Nadirə Rasim qızı və Həsənli Xudayət İskəndər oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.