
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəbə hazırlaşan abituriyentlər üçün aprelin 28-də keçirilən sınaq imtahanlarının nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri Komissiyanın rəsmi internet saytında yerləşdirilib.
Sınaq imtahanları aprelin 28-də Bakı ilə bərabər respublikanın 8 şəhərində keçirilib. Sonuncu sınaq imtahanı isə mayın 26-da keçiriləcək.
Qaynar.info