
Yeraltı təkanlar Cəlilabad rayonunda qeydə alınıb
Azərbaycanda zəlzələ qeydə alınıb. AMEA-nin Respublika Seysmoloji Xidmət Mərkəzindən Anspress-ə verilən məlumata görə, zəlzələnin maqnitudası 3,7 bal təşkil edib.
İlkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 13:01-də Cəlilabaddan 27 km cənub-şərqdə, yerin 38 km. dərinliyində qeydə alınıb.
Təkanların hiss olunmadığı bildirilir.