Xəbər lenti

Sulu qar yağacaq
Ölkə07:31 23.04.2013

Sulu qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aprelin 25-dən sonra Azərbaycan ərazisində hava getdikcə mülayimləşəcək, temperatur artacaq.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, aprelin 25-dən sonra temperatur iqlim normasına yaxınlaşacaq.

Aprelin 23-24-də isə Bakıda və Abşeron yarımadasında daha çox tutqun hava şəraiti hökm sürəcək. Aprelin 24-də paytaxtda qısamüddətli yağış yağacaq, nisbətən güclü külək əsəcək.

Aprelin 24-də havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq. Bu isə çoxillik normadan 1-2 dərəcə aşağıdır.

Azərbaycanın rayonlarında aprelin 24-də yağıntı kəsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 10-15 dərəcə isti, dağlıq ərazilərdə sulu qar yağacaq.

Qaynar.info