Xəbər lenti

Bu gün Bakıda qaz olmayacaq
Ölkə07:59 13.04.2013

Bu gün Bakıda qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, 13 aprel 2013-cü il tarixdə saat 14:00-dan saat 21:00-dək "Alatava" qazpaylayıcı stansiyasından qidalanan "Tbilisi prospekti" orta təzyiqli qaz kəmərində, saat 14:00-dan isə "Mikrorayon 500 mm-lik" orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, 6, 7, 8 və 9-cu mikrorayonlara, həmçinin Nəsimi, Yasamal və Səbail rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Qaynar.info