Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə11:02 15.04.2013

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 16-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin dəyişiləcəyi, bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 5-10, bəzi yerlərdə 12 dərəcəyədək isti olacağı gözlənilir.

Aprelin 16-sı axşamdan 19-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin üstünlüyü və havanın temperaturunun ötən günlərə nisbətən xeyli aşağı enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Qaynar.info