Xəbər lenti

Sumqayıtda "yaşıl soyqırım" (FOTO)
Ölkə06:36 13.04.2013

Sumqayıtda "yaşıl soyqırım" (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda ağackəsmə kampaniyası davam edir.

Qaynar.info xəbər verir ki, bu barədə Sumqayıt sakinləri “Qafqazinfo”ya şikayət məktubunda yazıblar. Sakinlərin sözlərinə görə, bu gün səhər saatlarından etibarən Sumqayıtda Azərbaycan küçəsində yerləşən Cəfər Cabbarlı adına parkda 100-ə yaxın zeytun və şam ağacları kəsilib. 

Şikayətçilər bildiriblər ki, kəsilən ağacların 50-ilə yaxın ömrü var. 

Qeyd edək ki, bir neçə aydır Sumqayıt sakinləri şəhərin mərkəzi yerlərində ağacların kütləvi şəkildə kəsilməsindən narahatdırlar. Onlar bu hadisənin birbaşa Sumqayıt icra başçısı Eldar Əzizovun əmri ilə baş tutduğunu qeyd ediblər.

Qaynar.info