Xəbər lenti

Bakının bir hissəsi susuz qalacaq
Ölkə11:15 05.04.2013

Bakının bir hissəsi susuz qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

«Azərsu» ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

Tədbirlər Planına uyğun olaraq, yay mövsümünə hazırlıq məqsədilə su anbarlarında, magistral və paylayıcı xətlərdə əsaslı yenidənqurma, təmir və profilaktika işləri aparılır.

«Azərsu»-dan Qaynar.info-ya verilən məlumata görə, yay aylarında Bakı şəhəri və onun qəsəbələri, həmçinin Abşeron rayonu və Sumqayıt şəhərinin dayanıqlı su təchizatının aparılması üçün magistral kəmərlərin vəziyyəti yoxlanılır, təmirə ehtiyac olan hissələr bərpa edilir, nasaz siyirtmələr dəyişdirilir, nasosxanaların istismar vəziyyətinə nəzarət olunur. Bu işlər çərçivəsində  «+ 110 Şərq»  su anbarında əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir. Bununla əlaqədar qarşıdakı günlərdə Bakının Sabunçu, Suraxanı, Nizami və Xətai rayonlarının bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.

Bununla əlaqədar «Azərsu» istehlakçılara içməli sudan qənaətlə istifadə etməyi və israfçılığa yol verməməyi tövsiyə edir, yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.

Qaynar.info