Xəbər lenti

Sabah 20 dərəcə isti olacaq
Ölkə07:50 02.04.2013

Sabah 20 dərəcə isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperatur gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti təşkil edəcək.