Xəbər lenti

Suriyada daha bir azərbaycanlı öldürüldü (FOTO)
Ölkə10:04 03.04.2013

Suriyada daha bir azərbaycanlı öldürüldü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Əbu Zübeyr” ləqəbli azərbaycanlı mücahid İdlib şəhərində hökumət qüvvələri ilə gedən döyüşlərdə öldürülüb.

Onun Azərbaycandan olduğu bildirilsə də, adı və soyadı açıqlanmayıb.

Öldürülən şəxsin meyitinin fotosu da yayılıb.

Qeyd edək ki, Suriyada döyüşlərdə 30-dək azərbaycanlının ölməsi barədə məlumat yayılıb. Onlardan bəzilərinin fotosu türkiyəli mücahidlərə məxsus saytlarda yerləşdirilib.

XİN mətbuat katibi Elman Abdullayev aprelin 2-də verdiyi açıqlamada Azərbaycan tərəfinin Suriyada öldürülən, azərbaycanlı olduğu iddia edilən şəxslərin vətəndaşlığını aydınlaşdırmaq üçün səy göstərəcəyini bildirib.

E. Abdullayev xatırladıb ki, Azərbaycanın Suriyadakı səfirliyində konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşlarının hamısı vəziyyət gərginləşdikdən sonra Suriyanı tərk edib.