Xəbər lenti

Prezident sərəncam imzaladı
Ölkə16:07 29.03.2013

Prezident sərəncam imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bakı şəhəri Xəzər rayonunun Şüvəlan və Buzovna qəsəbələri ərazisində əlli beş min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 16,5 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Bakı şəhərinin Xəzər Rayon İcra Hakimiyyətinə ayrılıb.

Qaynar.info