
19 yaşlı Əli Əbilov düşmənin snayper gülləsinə tuş gəlib
Ötən gün daha bir əsgərimiz şəhid olub. SİA-nın məlumatına görə, Şirvan şəhər hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılan 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu Beyləqan istiqamətində qoşunların təmas xəttində ermənilərin atdığı snayper gülləsinə tuş gələrək şəhid olub.
Hadisənin təfərrüatları ilə əlavə məlumat əldə etmək mümkün olmayıb.
Müdafiə Nazirliyi əsgərimizin şəhid olması faktını təsdiqləyib.
Qaynar.info