Xəbər lenti

7 gün iş olmayacaq
Ölkə06:44 13.02.2013

7 gün iş olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda Novruz Bayramı 7 gün davam edəcək.

Nazirlər Kabinetindən verilən məlumata görə, mart ayının 20-dən 24-nə kimi rəsmi bayramdır. Amma 23-24-ü qeyri-iş günlərinə düşdüyündən müvafiq olaraq 25-26 mart iş günləri sayılmayacaq.

Azərbaycan vətəndaşları üçün bu bayram martın 20-dən 26-na qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasmının 30 dekabr 2005-ci il tarixli “Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında” qanununa əsasən, bayram günləri həftə sonlarına təsadüf etdikdə həmin günlər müvafiq olaraq iş günlərinə keçirilir.

Qaynar.info