Xəbər lenti

UEFA-nın yeni prezidenti seçildi
İdman14:23 24.03.2015

UEFA-nın yeni prezidenti seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Avstriyanın paytaxtı Vyanada UEFA-nın XXXIX növbəti Konqresi baş tutub. Fanat.az xəbər verir ki, Konqresidə qurumun prezident seçkiləri keçirilib.
Hazırda quruma rəhbərlik edən Mişel Platini postunda qalıb. Əfsanəvi fransalı futbolçu bu gün növbəti dəfə UEFA prezidenti seçilib.
UEFA-nın Konqresində keçirilən seçki zamanı Platini prezidentliyə yeganə namizəd olub və 3-cü dəfə bu postu tutmağa layiq görülüb. 60 yaşlı Platini qarşıdakı 4 ildə də Avropanı birləşdirən quruma rəhbərlik edəcək.
Qeyd edək ki, Mişel Platini 2007-ci ildən UEFA-ya başçılıq edir.
Qaynar.info