Xəbər lenti

Ramil Usubovdan yeni təyinat
Ölkə11:55 30.09.2017

Ramil Usubovdan yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə yeni rəis təyin olunub.

"Qaynarinfo" xəbər verir ki, "qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, bu posta Heydərov Arzu Afət oğlu gətirilib.

O, daha öncə Nəqliyyatda Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili işləyib.

Qaynarinfo.Az