Xəbər lenti

Hava sərinləyir - Şad xəbər
Ölkə09:40 05.08.2015

Hava sərinləyir - Şad xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, şimal-qərb, şimal küləyinin arabir güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, havanın temperaturu gecə 23-26 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq bölgələrdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 21-26, gündüz 34-39 dərəcə, dağlıq rayonlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.
Qaynar.info