Xəbər lenti

Hava necə olacaq?
Ölkə08:32 29.06.2015

Hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyunun 30-da Azərbaycanda havanın yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, iyunun 30-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 22-25˚, gündüz 32-37˚ isti olacaq.

Azərbaycanın rayonlarında da iyunun 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 20-25˚, gündüz 35-40˚, bəzi yerlərdə 42˚, dağlarda gecə 15-20˚, gündüz 27-32˚ isti olacaq.

Qaynar.info