Xəbər lenti

İnterpol daha bir azərbaycanlını axtarışa verdi
Ölkə18:42 17.10.2017

İnterpol daha bir azərbaycanlını axtarışa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnterpol xuliqanlıqda təqsirləndirilən azərbaycanlı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, 1987-ci il təvəllüdlü Xəyal Quliyev xuliqanlıqda təqsirləndirilir.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən X.Quliyev barəsində cinayət işi başlanılıb. X.Quliyev istintaqdan yayınıb.

Məhkəmə istintaqdan yayınan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və axtarışa verilməsi barədə qərar çıxarıb. Məhkəmənin çıxardığı qərar əsasında X.Quliyev barəsində beynəlxalq axtarış elan olunub.

Qaynarinfo.Az