Xəbər lenti

Elmlər Akademiyasında yeni təyinatlar
Ölkə19:23 20.12.2017

Elmlər Akademiyasında yeni təyinatlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda bir sıra kadr məsələlərinə də baxılıb.
Modern.az xəbər verir ki, Rəyasət Heyətinin qərarları ilə akademik  Validə Əlizadə Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə Dendrologiya İnstitutunun direktorları vəzifələrinə təsdiq olunublar. Həmçinin, Vasif Abbasov "AMEA Təcrübə-Sənaye Zavodu" MMC-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru Florida Mehrəliyeva isə Biofizika İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.