Xəbər lenti

Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılır
Ölkə06:54 05.01.2018

Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq bu gündən etibarən Binəqədi rayonu Məsud Davudoğlu küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, küçə ilə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə saxlanılacaq.
Sözügedən ərazidə sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.