Xəbər lenti

Sabah bu ərazilərdə su olmayacaq
Ölkə15:32 21.02.2018

Sabah bu ərazilərdə su olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 22-də gün ərzində Xırdalan-Binəqədi şosesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Qaynarinfo-ya  "Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, məhdudiyyət Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” abunəçilərdən üzr istəyir.