Xəbər lenti

İş axtaranların nəzərinə!
Ölkə16:22 13.04.2018

İş axtaranların nəzərinə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Musiqili Teatrı aşağıdakı ixtisaslar üzrə işə qəbulla bağlı müsabiqə elan edir:
Aktyorluq sənəti üzrə (azərbaycan və rus bölməsi)
Orkestr ifaçılığı
Rəqs sənəti           
Müsabiqənin şərtləri:
- Teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 20 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər.
- Sənədlərin qəbulu 01 iyul 2018-ci ilə qədər davam edəcək.        
Tələb olunan sənədlər
      - Şəxsiyyət vəsiqəsinin surəti
      - Ali təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali  məktəbdən
        arayış)
      - Əmək kitabçasının surəti
      - Tərcümeyi-hal
      - Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)
      - 2 fotoşəkil (3x4)
      - Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri   
        fərmanların surətləri
Əlaqə telefonları:
Kadrlar şöbəsi:    (012) 493 88 37 (daxili nömrə: 194)
Qəbul otağı:         (012) 498 13 21
E-mail ünvanı:      [email protected]