Xəbər lenti

Bakıda villa yandı
Ölkə09:10 29.04.2018

Bakıda villa yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri Səbail rayonu ərazisində yanğın olub. 
Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsində yerləşən Təyyar Məmmədova məxsus olan 3 mərtəbəli və mansardlı tikilinin mətbəxində yanğın başlayıb. 540 kvadrat metrlik evin mətbəxindəki yanğın zamanı mebellər, paltaryuyan, qabyuyan, soyuducu və kondisioner yanıb. 
Bildirilir ki, hadisə vaxtı evə daimi yaşayış olmayıb və təmir gedirmiş.