Azərbaycanın cənub bölgəsində zəlzələ olub.
Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, təbii fəlakət, təxminən, 16:56 radələrində qeydə alınıb.
Zəlzələ 3-4 bal gücündə hiss edilib.
Təbii fəlakət Lənkəran, Masallı, Astara, Lerik, Biləsuvar, Salyan və digər ətraf rayonlarda da hiss olunub.