Xəbər lenti

Daha bir yüksək vəzifəyə təyinat oldu
Ölkə08:19 11.09.2018

Daha bir yüksək vəzifəyə təyinat oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, 2012-ci ildən idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov faktı təsdiqləyərək bildirib ki, bu vəzifəyə Merli Veyisova təyin edilib.
M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Elmira Əliyevanın işdən azad olunması ilə bağlı xəbəri ilk olaraq open.az saytı yayıb.