Xəbər lenti

Bakıda mənzillər ucuzlaşdı
Ölkə17:27 11.09.2018

Bakıda mənzillər ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2018-ci ilin avqust ayında Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb.
Bunu "Trend”ə konsaltinq şirkətlərindən birinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində azalma 1.57 faiz olub.
Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin stabil qaldığını qeyd edib.
Onun sözlərinə görə, mənzil bazarında qiymət azalması aktivliyin olmaması ilə bağlıdır: "Yay ayı olduğu üçün insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür”.
N.İbrahimov hesab edir ki, payız aylarında mənzil bazarında 6 faizə qədər bahalaşma ola bilər.