Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində erməni əsgər ölüb.
Qaynarinfo Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında təmas xəttinin şimal istiqamətində baş verib.
Ermənistan ordusunun əsgəri, 1999-cu il təvəllüdlü Aqasi Derenikoviç Mkrtçyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb. Hadisənin səbəbinin araşdırıldığını bildirilir.