Xəbər lenti

Daha bir məmur işdən çıxarıldı
Ölkə09:55 06.10.2018

Daha bir məmur işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Rəşid Həsənov işdən çıxarılıb.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bununla bağlı rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov əmr imzalayıb.
Həmin vəzifəyə təyinat olmayıb.
Qeyd edək ki, prezident İlham Əliyevin iyunun 7-də imzaladığı sərəncamla Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Məmməd Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.