Xəbər lenti

Bakıda 2 sərnişin avtobusu toqquşdu
Ölkə08:22 24.10.2018

Bakıda 2 sərnişin avtobusu toqquşdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində 1 və 13 nömrəli "Bakı Bus” avtobusları toqquşub.
Qaynarinfo Axar.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində sərnişinlərin xəsarət almadığı qeyd edilib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev saytımıza açıqlamasında bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, bir neçə gün öncə "Bakı Bus”un 3 avtobusu bir-birinə çırpılmışdı.