Xəbər lenti

2019-2020: Azərbaycanda qadınların törətdiyi və qadınlara qarşı cinayətlərin sayı (RƏSMİ)
Ölkə09:19 21.08.2020

2019-2020: Azərbaycanda qadınların törətdiyi və qadınlara qarşı cinayətlərin sayı (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2019-2020-ci illər ərzində qadınlar tərəfindən və qadınlara qarşı törədilən cinayətlərin statistikası məlum olub.
APA-nın məlumatına görə, Baş Prokurorluğun "Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, qadınlar tərəfindən və onlara qarşı törədilən cinayətlərin statistikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən aparılır.
"2020-ci ilin birinci yarımilində qadınlar tərəfindən 463, 2019-cu ildə isə 1039 cinayət törədilib. 2020-ci ilin birinci yarımilində qadınlara qarşı 1291, 2019-cu ildə isə 3091 cinayət törədilməsi baş verib”, - deyə Baş Prokurorluqdan bildirilib.