Bakı metrosunda sərnişin dünyasını dəyişib.
Qaynarinfo azvision.az-a istinadən xəbər verir ki, hadisə "Ulduz" stansiyasında baş verib. Özünü pis hiss etdiyini deyən sərnişin qatardan düşürülüb. Ona ilkin tibbi müdaxilə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.