Xəbər lenti

Cəbhədə nə baş verib?
Ölkə05:47 05.01.2019

Cəbhədə nə baş verib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.