Xəbər lenti

Bu ərazilərdə işıq olmayacaq
Ölkə06:35 26.04.2019

Bu ərazilərdə işıq olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 11.00-dan 15.00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaqdır.
"Azərişıq" ASC-dən Qaynarinfo-ya verilən məlumata görə, fasilə Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.
"Azərişıq" ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.