Xəbər lenti

Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı
Ölkə18:37 12.05.2019

Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Ramazan ayının 8-ci günüdür.
Qaynarinfo-nun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-də Bakıda imsak saat 03:48, iftar isə saat 20:03-dədir.
Ramazan ayının 8-ci gününün duası:
"Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin".
Tərcüməsi:
"İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!"
Allah orucunuzu qəbul etsin!