Xəbər lenti

Qəbul imtahanlarının nəticələri açıqlandı
Ölkə12:46 29.05.2019

Qəbul imtahanlarının nəticələri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsinin, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələrini elan edib.
Qaynarinfo xəbər verir ki, aprelin 28-də imtahan verən həmin şəxslər iş nömrəsini  7727-ə göndərməklə nəticələrlə tanış ola bilər. 
Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytına da yerləşdiriləcək.