Xəbər lenti

3 rayonda qaz olmayacaq
Ölkə06:40 07.08.2019

3 rayonda qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin balansında olan "Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi işləri icra olunacaq.
Şirkətin İstehsalat Birliyindən Qaynarinfo-ya verilən məlumata görə, bununla əlaqədar saat 06:00-dan 21:00-a qədər bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-a qədər isə Saatlı və İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.
Bundan başqa, bu gün saat 09:00-dan sabah işlər başa çatana qədər "Dondarquşçu” Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhərinin və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulub.