Xəbər lenti

Məhərrəm ayı başladı
Ölkə06:58 01.09.2019

Məhərrəm ayı başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən Azərbaycanda Məhərrəmlik başlayıb.
Qaynarinfo xəbər verir ki, Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-a təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək. 
Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə və ibadət ocaqlarında təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. 
Dini mərasim və ayinlər yalnız Qafaqaz Müsəlmanları idarəsinin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. 
Qeyd edək ki, sentyabrın 29-da Məhərrəm ayı başa çatacaq və Səfər ayı başlayacaq. Səfər ayı isə oktyabrın 29-dək davam edəcək.