Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polkovnik Anar Ələkbərov Göygöl Rayonu Rolis Şöbəsində əməliyyat işləri üzrə müavin təyin edilib.
Qeyd edək ki, A.Ələkbərov bundan əvvəl Ucar Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə müavin vəzifəsində çalışıb.