Xəbər lenti

Vilayət Eyvazov yeni rəis təyin etdi
Ölkə05:25 04.12.2019

Vilayət Eyvazov yeni rəis təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyində yeni təyinat olub.
Qaynarinfo-nun strateq.az-a istinadən verdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 
Əmrə görə, polis polkovniki Rüstəm Cəfərov Beyləqan Rayon Polis Şöbəsinə rəis təyin edilib.
O, bundan əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi işləyib.
Qeyd edək ki, bir müddət əvvəl Beyləqan RPŞ-nin rəisi, polkovnik-leytenant Rəşid Piriyev Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə rəis müavini təyin olunub.