Xəbər lenti

2020-ci ilin ilk qarı bölgələrdə turist axınına səbəb oldu (VİDEO)
Ölkə17:38 03.01.2020

2020-ci ilin ilk qarı bölgələrdə turist axınına səbəb oldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın bölgələrinə 2020-ci ilin ilk qarı yağıb.
Şamaxıda qarın yollardan təmizlənməsi üçün daxili yollara qartəmizləyən texnikalar və canlı qüvvə cəlb edilib. Şəhər mərkəzinə 10-15, dağlıq ərazilərə 20-25 sm qar yağıb. Qar ən çox rayonun Pirbəhli, Qızmeydan, Zarat və Dəmirçi kəndlərinə yağıb.
Əsas avtomobil yolları işlək vəziyyətdədir. Bakı-Şamaxı, Şamaxı-İsmayıllı və Ağsu aşırımı artıq qardan təmizlənib.
Ən çox qar isə Qubanın Xınalıq kəndində qeydə alınıb. Temperatur mənfi 9 dərəcəyədək enib. 
Yağan qar Şimal bölgəsinə çoxlu sayda turisti cəlb edib. Qubadakı istirahət mərkəzlərində dincəlmək istəyən turistlərin əksəriyyəti daha çox Qəçrəş istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.
<iframe allowfullscreen="" frameborder="0" height="315" src="https://player.baku.tv/embed/12584" width="560" style="max-width: 100%;">