Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgəri ölüb.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.
Xəbərdə bildirilir ki, Dağlıq Qarabağ ərazisinin cənubunda hərbi hissələrin birində 2001-ci il təvəllüdlü erməni əsgəri Valeriy Petrosyan ölüb.
Hadisə yerli vaxtla saat 07:45-də baş verib.
Hələlik ölümün səbəbi müəyyən edilməyib.