VI çağırış parlamentin yaz sessiyasının ilk iclasının martın 12-də keçiriləcəyi gözlənilir.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq ilk iclasa hazırlıq işləri gedir.
Xatırladaq ki, daha əvvəl koronavirus təhlükəsi ilə əlaqədar olaraq, VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiblər. Müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.